Azərbaycan kubokunda finalın hakimləri
2024/25 mövsümünün son təyinatları açıqlanıb. Azərbaycan kubokunun final matçının hakimləri bəlli olub.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşü İnqilab Məmmədov idarə edəcək. O, “Qarabağ”la “Sabah”ın duelində fit çalacaq.
Azərbaycan kuboku
Final
31 may (şənbə)
19:00. “Qarabağ” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Fərid Hacıyev
Ehtiyat köməkçi hakim: Cəmil Quliyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu