Azərbaycan klubları dünya reytinqində: “Qarabağ” 81-ci pillədə

Azərbaycan klubları dünya reytinqində: “Qarabağ” 81-ci pillədə

Klubların dünya reytinqi açıqlanıb. İFFHS-in cədvəlində planetin 701 ən yaxşı komandası yer alıb. 2024-cü ilin yekunlarına əsasən tərtib olunan siyahıda Azərbaycanı 7 klub təmsil edib.

“Qarabağ” 168,75 xalla dünyada 81-cidir. Ağdam klubu ötən ayla müqayisədə 14 pillə geriləyib.

99,5 xalla 208-ci olan “Zirə” 11 pillə irəliləyib. 9 pillə önə keçən “Sabah” 62,25 xalla 400-cüdür.

“Turan Tovuz” 53,75 xalla 2 addımlıq irəliləyişlə 494-cü yerdədir. “Neftçi” 28 pillə geriləyərək 50 xalla 537-ci sıraya düşüb.

6 pillə irəliləyən “Sumqayıt” 48 xalla 567-cidir. “Araz-Naxçıvan” 18 pillə geriləyib və 43,75 xalla 648-cidir.

Qeyd edək ki, cədvələ 441 xalla “Real” başçılıq edir.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” ilə qələbə ilə başladı

Növbəti yazı

Kvaratsxeliya PSJ-də