Azərbaycan hakimləri Belçika millisinin oyununda
Azərbaycanın futzal hakimləri beynəlxalq təyinat alıblar. Bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti açıqlayıb.
AVRO-2026-nın əsas mərhələsi çərçivəsində Çexiya – Belçika oyunu FİFA referilərimizə tapşırılıb. Plzen şəhərində baş tutacaq matçı Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov idarə edəcək.
Qeyd edək ki, dekabrın 13-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.