Azərbaycan çempionatlarında 14000-ci qol

Azərbaycan çempionatlarında 14000-ci qol

Azərbaycan çempionatları tarixinin 14000-ci qolu vurulub. Bu yubiley Azərbaycan Premyer Liqasının VI turunun “Sabah” – “Turan Tovuz” görüşünə (2:2) təsadüf edib. Matçdakı ikinci qol ölkə çempionatlarının 32 illik tarixinə 14000-ci kimi düşüb. Bu topun müəllifi  qonaqların futbolçusu Roderik Miller olub.

Yubiley qolu 33 mövsüm ərzində baş tutan 5762-ci oyuna təsadüf edib. Bu qarşılaşmalardan 278-i texniki nəticə ilə yekunlaşıb. 14002 qol 5484 matçda vurulub.

Qeyd edək ki, ölkə çempionatlarının ilk qoluna Mehman Alışanov imza atıb. O, 1992-ci il mayın 3-də keçirilən “Qarabağ” – “İnşaatçı” (Sabirabad) görüşündə qonaqların qapısına yol tapıb.

ETOPAZ

Əvvəlki yazı

Urfan Abbasov “300”ə çatdı

Növbəti yazı

Ayxan Abbasov 13-cü oldu