Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi
Azərbaycan çempionatının daha bir liqasında qalib müəyyənləşib. “Neftçi-2” Əvəzedicilər liqasının çempionu olub.
Bakı klubu XXXV turda qızıl medalları təmin edib. Paytaxt təmsilçisi “Səbail-2” üzərində 2:1 hesablı səfər qələbəsi qazanıb. “Neftçi-2” bununla da xallarının sayını 86-ya çatdırıb.
82 xala malik “Qəbələ-2” ikinci olub. “Sabah-2” 67 xalla bürünc qazanıb.