Azərbaycan çempionatı 36-cı pillədə

Azərbaycan çempionatı 36-cı pillədə

Dünyanın ən güclü futbol liqalarının siyahısı müəyyənləşib. Reytinq cədvəlini İFFHS açıqlayıb.

2024-cü il üçün tərtib olunan siyahıya planetin 100 ən yaxşı çempionatı daxil edilib. Azərbaycan Premyer Liqası da cədvəldə yer alıb.

Çempionatımızın əmsalı 434,25-ə bərabərdir. Premyer Liqamız dünyada 36-cıdır. Azərbaycan çempionatı əvvəlki illə müqayisədə 4 pillə irəliləyib.

Dünyanın ən güclü liqası isə İtaliya A seriyasıdır. Appenin liqası 1992 xala malikdir.

Siyahıda İspaniya La Liqası 2-cidir – 1885 xal. 1871 xala malik İngiltərə Premyer Liqası 3-cü sırada yer alıb.

Qeyd edək ki, Türkiyə Super Liqası 968 xalla 1 pillə irəliləyərək 11-cidir.

ETOPAZ

Əvvəlki yazı

“Səbail”dən 200-cü qol

Növbəti yazı

“Şəki” və “Gəncə”dən qələbə