Azərbaycan Basketbol Liqasının oyunları 2 telekanalda

Azərbaycan Basketbol Liqasının oyunları 2 telekanalda

Azərbaycan Basketbol Liqasının (ABL) oyunları 2 telekanalda yayımlanacaq. Bununla bağlı ABL-in əsas yayımçı partnyoru olan “CBC Sport” telekanalı bəyanat yayıb.

Bildirilib ki, yeni mövsümdən etibarən basketbol üzrə ölkə çempionatının oyunlarının bəziləri həftəsonu keçirildiyindən həmin qarşılaşmaları yayımlamaq çətin olur. Bunlar nəzərə alınaraq, “CBC Sport” telekanalının yayımlaya bilməyəcəyi matçlar “İdman TV” tərəfindən göstəriləcək.

Lakin matç seçimi və bu kimi digər məsələlərdə üstünlük “CBC Sport” telekanalında qalacaq.

ETOPAZ

Əvvəlki yazı

UEFA “Qarabağ”ı 26000 avro cərimələyib

Növbəti yazı

“Səbail” 1/4 finala vəsiqə qazandı