Azərbaycan 28-ci pillənin astanasında
Avrokubokların 3-cütəsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Bu matçlardan sonra UEFA reytinqi açıqlanıb.
Azərbaycan klubları ölkəmizin reytinqinə daha 0,500 xal qazandırıb. Bu yarım xala “Qarabağ”la “Sabah”ın qələbələri töhfə verib. Ağdamlılar Avropa Liqasında HİK-i 2:1, bakılılar “Partizan”ı 2:0 hesabı məğlub edib.
Bununla da ölkəmiz xal hesabını 16,250-yə çatdırıb. Azərbaycan bu göstərici ilə Avropada 29-cudur. 28-ci olan Slovakiya ilə fərq 0,250-yə enib. Bir qələbə Azərbaycanın irəliləməsinə imkan verəcək.
Cari mövsüm toplanan xalların sayı 2,000-yə çatıb. “Qarabağ” 0,875, “Sabah” 0,750, “Neftçi” 0,375 xallıq qazanc gətirib.