Azərbaycan 1 pillə irəlilədi

Azərbaycan 1 pillə irəlilədi

Azərbaycan UEFA reytinqində mövqeyini yaxşılaşdırıb. Buna “Qarabağ” klubunun Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasına qalib gəlməsi səbəb olub.

Qazanılan qələbə ölkənin aktivinə əlavə 0,500 əmsal qazandırıb. Nəticədə Azərbaycan ümumi 22,750 əmsalla 27-ci pilləyə yüksəlib.

Hazırda 28-ci yerdə qərarlaşan Slovakiyanın hesabında 22,375 əmsal var.

Qeyd edək ki, UEFA reytinq cədvəlinə İngiltərə 106,991 əmsalla liderlik edir.

ETOPAZ

Əvvəlki yazı

Ançelotti üçün yenidən “Real” variantı

Növbəti yazı

“Kəpəz”dən yeni transfer