Azər Salahlı “İmişli”də

Azər Salahlı “İmişli”də

Azərbaycan Premyer Liqanın debütantı “İmişli” növbəti transferini açıqlayıb. Bölgə təmsilçisi Azər Salahlı ilə 1 illik müqavilə imzalayıb.

Son mövsümü “Neftçi”də keçirmiş müdafiəçi sosial şəbəkədə xüsusi hazırlanmış videoçarxla təqdim olunub.

Qeyd edək ki, 31 yaşlı futbolçu Azərbaycan çempionatlarında 200 matçda 9 qola imza atıb. O, “Neftçi”də 77 (3 qol), “Şamaxı”da 62 (4 qol), “Sumqayıt”da 55 (2 qol), “Qarabağ”da 6 oyun keçirib.

ETOPAZ

Əvvəlki yazı

“Atletiko”da növbəti ayrılıq

Növbəti yazı

UEFA-dan klublara cəza