Ayxan Abbasov millinin baş məşqçisi təyin olundu

Ayxan Abbasov millinin baş məşqçisi təyin olundu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib. Bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsi verib.

Bu vəzifəyə “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov təyin olunub. Onunla müqavilənin müddəti 2 illik nəzərdə tutulub.

Qeyd edək ki, AVRO-2025-in seçmə mərhələsində yığmaya Samir Əliyev başçılıq edirdi. O, tsiklin son oyunundan sonra postundan ayrılıb.

ETOPAZ

Əvvəlki yazı

Konfrans Liqasında son 8-lik

Növbəti yazı

AFFA-dan klublara möhlət