Ayxan Abbasov: “İstəyirdik ki, istəkli oynayaq”

Ayxan Abbasov: “İstəyirdik ki, istəkli oynayaq”

DÇ-2026-nın seçmə mərhələsinin Avropa üzrə sonuncu turu keçirilib. Millimiz Fransa ilə qarşılaşıb – 1:3.

Matçdan sonra yığmamızın baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Azarkeşlərə təşəkkür edirəm. Çoxdan idi, millinin oyununda belə atmosfer olmurdu. Onlara təşəkkür edirəm. Dəstəkləri futbolçulara ruh verdi. İstəyirdik ki, evdə inamlı, istəkli oynayaq. İslandiya ilə matçda çox da alınmadı. Bu gün daha rahat oynadıq. Fransaya qol vurmağın özü də çətinlikdir. Qoldan sonra üstümüzə gəldilər. Standart vəziyyətlərdə güclü olduqlarını bilirdik. Şahruddinin zədələnməsi də üçüncü qolda təsir etdi. Buna baxmayaraq, son oyunlarda futbolçular əzmkarlıq göstərir, onlara təşəkkür edirəm. Nəticə istəyiriksə, səbir etməliyik. Vaxt önəmlidir. Bu gün meydançada yavaş-yavaş irəliləyiş hiss edilir. İtkilərimiz var idi. Əsas heyətin 5-6 üzvü oynamırdı. Tsikl bitdi, irəli baxacağıq”.

ETOPAZ

Əvvəlki yazı

Millimiz Fransa ilə bacarmadı

Növbəti yazı

Norveç və Portuqaliya dünya çempionatında