Ayxan Abbasov: “Heyətdə dəyişikliklər ola bilər”

Ayxan Abbasov: “Heyətdə dəyişikliklər ola bilər”

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində millimiz Bakıda Fransa ilə qarşılaşacaq. Görüş sabah keçiriləcək.

Matçdan öncə yığmamızın baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Çətin rəqibə qarşı oynayacağıq. Səfərdə də onlara qarşı ağır oyun keçirmişdik. Futbolçularım həmin görüşdə mübarizə aparmışdı. 70 dəqiqəyə qarşı yaxşı oynamışdıq, sonra rəqib təzyiqi artırıb, çətinlik yaşatmışdı. Sabah heyətdə dəyişikliklər ola bilər. Rəqibdə yaxşı gənc oyunçular var. Onlar da şans qazansa, özlərini göstərməyə çalışacaqlar. Bizim də itkilərimiz var. Təəssüf ki, dünən də Toral Bayramov da zədələndi. Lakin meydana çıxacaq futbolçulara inanırıq. Azarkeş dəstəyi olacaq. İnanıram ki, futbolçular yaxşı mübarizə aparacaq. Belə komandayla mübarizə aparmaq özü bir yaxşılığa doğru bir şeydir”.

ETOPAZ

Əvvəlki yazı

Elvin Bədəlov: “Oyuna hazırıq”

Növbəti yazı

İspaniya və Türkiyədən qələbə