Ayxan Abbasov: “Futbolçularım mübarizədən çəkinməyəcəklər”
Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti matçına çıxacaq. Komandamız səfərdə Fransa ilə qarşılaşacaq.
Görüşdən öncə yığmamızın baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:
“Sabah bizi çox önəmli və gərgin oyun gözləyir. Rəqibimiz bəllidir. Son illərin ən güclü komandalarından biridir. Bilirik ki, bu komandada ulduzlar oynayır. Biz də oyuna ciddi hazırlaşmışıq. Son matçdan sonra futbolçularımızın böyük komandalara qarşı mübarizəsi önəmlidir. Sabah da rəqibə azarkeş dəstəyi olacaq. Futbolçularım mübarizədən çəkinməyəcəklər. Bütün güclərini meydanda qoyacaqlar. Fransa illərdir bir məşqçinin rəhbərliyi altında çıxış edir. Bu cür komandalara qarşı oynamağın özü motivasiyadır”.












