Ayxan Abbasov: “Bu, onlar üçün şansdır”

Ayxan Abbasov: “Bu, onlar üçün şansdır”

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində millimiz növbəti matçını keçirəcək. Komandamız İslandiya ilə qarşılaşacaq.

Yığmamızın baş məşqçisi Ayxan Abbasov qarşılaşmadan əvvəl mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb:

“Bizi gərgin və önəmli oyun gözləyir. Evdə oynayacağıq. Rəqib üçün də önəmli matçdır, şanslarını itirmək istəməyəcəklər. Futbolçulara inanıram. Sabah üstünlüyümüz azarkeşlərimiz olacaq. Rəqib son oyunda Fransaya qarşı xal qazandı. Ukraynaya məğlub olsalar da, yaxşı oynadılar, uduzmağa layiq deyildilər. Futbolçulardan İslandiyaya qarşı ilk oyunu unutmağı istəmişəm. Düzdür, itkilərimiz var. Lakin milliyə kim çağırılıbsa, onlar üçün şansdır. Emin Mahmudovun oynaması sual altındadır, Elvin Cəfərquliyev də olmayacaq. Kimlər oynayacaqsa, özlərini göstərmək üçün bir şans olacaq. Gələcəyimiz üçün bu oyunlar vacibdir”.

ETOPAZ

Əvvəlki yazı

Yığmamız Çexiya ilə bacarmadı

Növbəti yazı

Anton Krivotsyuk: “Onlar güclü komandadır”