Ayxan Abbasov: “Bəlkə başqa cür olardı”
DÇ-2026-nın seçmə mərhələsinin növbəti matçları keçirilib. Azərbaycan millisi Ukraynaya məğlub olub – 1:2.
Oyundan sonra komandamızın baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:
“Bilirdik ki, gərgin oyun olacaq. Futbolçularımızda yorğunluq var idi. Amma oyunçular xarakter göstərdi. Təşəkkür edirəm. Üç gündən bir böyük komandalara qarşı oynamaq vacib idi. Futbolçularımdan inamlı, rahat olmaqlarını istəmişdik. Bu gün onu göstərdilər. Bəlkə də xal qazanmalıydıq. 10-15 dəqiqəsi çox çətin keçdi. Qələbə qazanmaq istəyirdilər. Nəriman Axundzadənin epizodunu dəyərləndirsəydik, bəlkə başqa cür olardı. Gələcəyə nikbin baxırıq, bu komandanın potensialı var. Ruh və istək olduqdan sonra nəticə gələcək. Evdə 2 oyunumuz var. Ona hazırlaşacağıq. Çalışacağıq ki, xallarımızın sayını artıraq”.












