Ayxan Abbasov Ağsuya səfər etdi
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Ağsuda səfərdə olub. Bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Ağsu şəhər stadionunda fəaliyyət göstərən “Hilal Ağsu” uşaq futbol məktəbini ziyarət edib.
Yeniyetmələrlə görüşən millimizin baş məşqçisi onlarla səmimi söhbətlər aparıb, gələcək karyeralarında uğurlar arzulayıb.













