“Ayntraxt”da yeni futbolçu
Frankfurt “Ayntraxt”ı heyətini yeni oyunçu ilə gücləndirib. Klub “Riyeka”nın müdafiəçisi Hrvoye Smolçiçi transfer edib.
Almaniyalılar 21 yaşlı xorvatla 2027-ci ilin iyunun sonuna kimi müqavilə imzalayıb. Transferin məbləği açıqlanmır. Transfermarkt portalının fikrinə görə, “Ayntraxt” futbolçu üçün 2 milyon avro ödəyəcək.