“Ayntraxt”da ayrılıq
Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Ayntraxt” baş məşqçisi Dino Toppmöllerlə yollarını ayırıb. Bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, Dino Toppmöller 2023-cü ilin yayından Frankfurt təmsilçisinə rəhbərlik edirdi.
Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı yanvarın 21-də, saat 21:45-də başlayacaq.












