“Ayntraxt” 3-cü oldu
“Ayntraxt” Avropa Liqasının tarixinə düşüb. Almaniya klubu mövsümü məğlubiyyətsiz başa vurub.
Frankfurt təmsilçisi turnirin tarixində kuboku məğlubiyyətsiz başı üzərinə qaldıran 3-cü komandadır. “Ayntraxt” cari mövsümün 13 matçında bir dəfə də olsun uduzmayıb.
Finalda “Reyncers”i (1:1, p.5:4) məğlub edən Bundesliqa klubunadək “Çelsi” 2018/19, “Vilyarreal” 2020/21 mövsümündə məğlubiyyətsiz kubok sahibi olub.