Ayın qolunun müəllifi bəlli oldu
Azərbaycan I Liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Karvan”ın futbolçusu Ezekiel Morqan mükafatlandırılıb. Bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.
Mayın ən yaxşı qolunun müəllifinə mükafatı AFFA-nın inzibati binasında PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.