Ayın qolu bəlli oldu
Azərbaycan Premyer Liqasında mart ayının ən yaxşı qolu müəyyənləşib. Bu, “Sabah”ın futbolçusu Tellur Mütəllimovun “Sumqayıt”ın qapısına vurduğu qol olub.
Münsiflər heyətinin 11 üzvündən 5-i Tellur Mütəllimova səs verib.
30 yaşlı yarımmüdafiəçi səsvermədə Andrey Tirkoveanu (“Şamaxı”), Kadi Borqes (“Qarabağ”), Bernardo Dias (“Araz-Naxçıvan”) və Rüfət Abdullazadəni (“Səbail”) qabaqlayıb.