Ayın məşqçisi bəlli oldu
La Liqada noyabr ayının ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib. Bu mükafata “Vilyarreal”a rəhbərlik edən Marselino Qarsiya layiq görülüb.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
İspaniyalı mütəxəssis səsvermədə Dieqo Simeone (“Atletiko”) və Hans Fliki (“Barselona”) qabaqlayıb.
Qeyd edək ki, “Vilyarreal” noyabr ayında İspaniya çempionatında keçirdiyi 4 oyunun hamısısnda qələbə qazanıb. Komanda 13 turdan sonra topladığı 32 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.












