Ayın klubu bəlli oldu

Ayın klubu bəlli oldu

Martın ən yaxşı futbol klubu bəlli olub. Bunu İFFHS açıqlayıb.

“Barselona” ötən ay dünya reytinqinə ən çox xal qazanan komanda olub. İspaniya nəhəngi martda 64 xal əldə edib.

Eyni qazanc götürən “Aston Villa” əlavə göstəricilərdə ayın ikincisi olub. “İnter” 61, “Bavariya” 49, “Lion”la “Ayntraxt” 44 xal əldə etməklə “altılıq”də yer alıb.

Qeyd edək ki, yanvarda “Arsenal”, fevralda “Real” ayın klubu adını qazanıb.

ETOPAZ

Əvvəlki yazı

AFFA nümayəndəsi avrokubokların 1/4 finalında

Növbəti yazı

Olimpiada üçün yeni qərar