Ayın futbolçusu bəlli oldu
İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı futbolçusu müəyyənləşib. Bu ada “Bornmut”un yarımmüdafiəçisi Castin Klyuvert layiq görülüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klyuvert yanvarda İngiltərə Premyer Liqasında “Bornmut”un heyətində 4 matçda iştirak edib. 25 yaşlı hücumçu 22-ci turda “Nyukasl”la qarşılaşmada (4:1) het-trikə imza atıb. Onun aktivində 2 məhsuldar ötürmə də var.