Ayın futbolçusu adına 7 iddiaçı

Ayın futbolçusu adına 7 iddiaçı

İngiltərə Premyer Liqasında dekabrın ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. Mükafata 7 iddiaçı müəyyənləşib.

Bunlar Joao Kanselu, Rahim Sterlinq (hər ikisi “Mançester Siti”), Ceyms Meddison (“Lester”), Qabriel Martinelli, Martin Edeqor (hər ikisi “Arsenal”), Meyson Maunt (“Çelsi”) və Xın Min Sondur (“Tottenhem”).

Bu futbolçular arasında dekabrı ən məhsuldar keçirən Sterlinq olub. O, ötən ilin son ayında 5 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

A seriyasında dörd oyun təxirə salındı

Növbəti yazı

“Mançester Siti”də 21 yoluxma