Ayaz Quliyev “Arsenal”da
“Sabah”dan ayrılan Ayaz Quliyevin yeni klubu bəlli olub. Azərbaycanlı futbolçu karyerasını Rusiyada davam etdirəcək.
29 yaşlı yarımmüdafiəçi “Arsenal”la anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Oyunçu Tula təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Ayaz Quliyev 2023-cü ilin yayından “Sabah”da çıxış edirdi.












