“Ayaks”dan yeni transfer
“Ayaks” heyətini yeni oyunçu ilə gücləndirib. Komanda müdafiəçi Takehiro Tomiyasu ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı yaponiyalı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Tomiyasu son olaraq “Arsenal”da çıxış edib.













