“Ayaks”da ayrılıq
“Ayaks”da ayrılıq baş verib. Komandanın baş məşqçisi Mauris Steyn postundan qovulub.
Rəhbərlik 49 yaşlı mütəxəssislə yolları ayırmaq qərarına gəlib. Yeni mövsümə bərbad başlanğıc edən komanda hazırda turnir cədvəlinin 17-ci pilləsində yer alır. Keçirdiyi son 8 matçda qələbə üzünə həsrət qalan Amsterdam təmsilçisi tarixinin ən pis dövrünü yaşayır. Hələlik bu posta kimin təyin olunacağı bəlli deyil.