Avstraliyadan qələbə

Avstraliyadan qələbə

Devis kubokunda ilk yarımfinal matçı başa çatıb. İspaniyanın Malaqa şəhərində təşkil olunan turnirdə Avstraliya ilə Xorvatiya üz-üzə gəlib.

Borna Çoriç Tanasi Kokkinakisə 6:4, 6:3 hesabı ilə qalib gəlsə də, Marin Çiliç Aleks de Minaura uduzub – 2:6, 2:6. Cütlərin duelində Metyu Ebdenlə Maks Persell “Yaşıl qitə” təmsilçisinə qələbə qazandırıb. Onlar Nikala Mektiç və Mate Paviçdən ibarət cütlüyə qalib gəlməyi bacarıb – 6:7, 7:6, 6:4. Bununla da Avstraliya 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bu gün baş tutacaq digər yarımfinalda İtaliya ilə Kanada görüşəcək.

ETOPAZ

Əvvəlki yazı

Günün şansı – 27.11.2022

Növbəti yazı

Ronaldo Braziliya klubunun maraq dairəsində