Avstraliya Tunisi bir qolla məğlub etdi

Avstraliya Tunisi bir qolla məğlub etdi

Qətərdə keçirilən DÇ-2022-də yeddinci oyun gününə start verilib. Günün ilk matçı D qrupunda baş tutub.

D qrupunun qarşılaşmasında Tunislə Avstraliya görüşüb. Matçın taleyini br qol həll edib. 23-cü dəqiqədə afrikalıların qapısına yol tapan Mitçel Dyuk komandasına qələbə qazandırıb.

İlk üç xalını əldə edən Avstraliya qrupda ikinci pilləyə yüksəlib. Bu qrupda Fransanın üç, Danimarka və Tunisin hərəyə bir xalı var.

Qeyd edək ki, qrupun bu gün keçiriləcək digər oyununda Danimarka və Fransa üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Qrantdan rekord

Növbəti yazı

48 ildən sonra