Avropada 9-cu, Fransada ilk

Avropada 9-cu, Fransada ilk

PSJ 2024/25 mövsümünü üç əsas turnirin qalibi olmaqla bitirib. Fransa təmsilçisi ölkə çempionu, kubokun qalibi və Çempionlar Liqasının sahibi olub.

Fransa futbolu tarixində heç bir komanda bunu bacarmayıb. PSJ ölkəsində buna nail olan ilk, Avropada isə 9-cu komandadır.

Bunadək “Seıtik” 1966/67, “Ayaks” 1971/72, PSV 1987/88, “Mançester Yunayted” 1998/99, “Mançester Siti” 2022/23, “İnter” 2009/10, “Baselona” 2008/09 və 2014/15, “Bavariya” 2012/13 və 2019/20 mövsümlərində belə uğura sevinib.

Baş məşqçi Luis Enrike buna iki fərqli klubla nail olan ikinci mütəxəssisdir. O, 2014/15 mövsümündə “Barselona”da üçqat uğura sahib çıxıb. Ona qədər Pep Qvardiola iki klubda fərqlənib.

ETOPAZ

Əvvəlki yazı

Finalda ənənəyə davam: Qol vur, kuboku qazan

Növbəti yazı

Ernandesə cəlbedici təklif