Avropa püşkatmanı gözləyir

Avropa püşkatmanı gözləyir

Sabah AVRO-2024-cü seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. Almaniyanın Frankfurt şəhərində təşkil olunacaq tədbirdə 53 komanda 10 qrupa bölünəcək.

7 qrupda altı, 3 qrupda beş yığma yer alacaq. 2023-cü ildə baş tutacaq seçmə mərhələdə ilk iki yeri tutanlar Almaniyada təşkil olunacaq final mərhələsinə yüksələcək.

Azərbaycan yığması püşkdə 4-cü səbətdə olacaq. Millimizin rəqibləri Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə müəyyənləşəcək.

Millətlər Liqası səbəti: Niderland, Xorvatiya, İspaniya, İtaliya

1-ci səbət: Danimarka, Portuqaliya, Belçika, Macarıstan, İsveçrə, Polşa

2-ci səbət: Fransa, Avstriya, Çexiya, İngiltərə, Uels, İsrail, Bosniya və Herseqovina, Serbiya, Şotlandiya, Finlandiya

3-cü səbət: Ukrayna, İslandiya, Norveç, Sloveniya, İrlandiya, Albaniya, Monteneqro, Rumıniya, İsveç, Ermənistan

4-cü səbət: Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan, Lüksemburq, Azərbaycan, Kosovo, Bolqarıstan, Farer adaları, Şimali Makedoniya

5-ci səbət: Slovakiya, Şimali İrlandiya, Kipr, Belarus, Litva, Cəbəllütariq, Estoniya, Latviya, Moldova, Malta

6-cı səbət: Andorra, San-Marino, Lixtenşteyn

Qeyd edək ki, AVRO-2024-ün final mərhələsi 2024-cü il iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Yokiç zədələndi

Növbəti yazı

Premyer Liqa klubuna iki namizəd