Avropa ölkələri FİFA-dan çıxır
FİFA-nın dünya çempionatlarını iki ildən bir təşkil etmək planı Avropa ölkələrində ciddi narazılığa səbəb olub. UEFA-ya üzv olan bəzi ölkələr FİFA-dan çıxmaq qərarına gəlib.
Belə milli assosiasiyaların sayı 12-dən çoxdur. Onlar dünya çempionatlarının tez-tez keçirilməsinə etiraz əlaməti kimi FİFA-dan çıxmaq niyyətlərini UEFA-ya bildiriblər.
Belə addım yığma və klubların UEFA bayrağı altında yarışlarda iştirakına mane olmayacaq. Məsələn, Cəbəllütariq UEFA yarışlarında 2013-cü ildən iştirak etsə də, FİFA-ya yalnız üç il sonra qəbul edilib.
Xatırladaq ki, FİFA futbol təqvimində islahatlara 2026-cı ildən başlamağı planlaşdırır.