Avropa Liqasında rekord təkrarlandı
Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları rekordla əlamətdar olub. “Feyenoord” öz meydanında “Şaxtyor”u darmadağın edib – 7:1.
Bu, 2009-cu ildən indiki adla keçirilən turnirdə pley-offun ən böyük hesablı nəticəsinin təkrarıdır. 6 il əvvəl “Lion” “Alkmar”l eyni hesabla məğlub edib.