Avropa Liqasında qrupların tərkibi müəyyənləşdi

Avropa Liqasında qrupların tərkibi müəyyənləşdi


Avropa Liqasında 2021/22 mövsümünün qrup mərhələsinin püşkü atılıb. Qitənin ikinci dərəcəli klub turnirində çıxış edən 32 komanda 8 qrupa bölünüb. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu Polşa çempionu “Legiya”nın rəqibləri bəlli olub.
Qrup mərhələsi sentyabrın 16-da başlayacaq.
A qrupu: “Lion” (Fransa), “Reyncers” (Şotlandiya), “Sparta” (Çexiya), “Bröndbü” (Danimarka)
B qrupu: “Monako” (Fransa), PSV (Niderland), “Real Sosyedad” (İspaniya), “Şturm” (Avstriya)
C qrupu: “Napoli” (İtaliya), “Lester” (İngiltərə), “Spartak” (Rusiya), “Legiya” (Polşa)
D qrupu: “Olimpiakos” (Yunanıstan), “Ayntraxt” (Almaniya), “Fənərbaxça” (Türkiyə), “Antverpen” (Belçika)
E qrupu: “Latsio” (İtaliya), “Lokomotiv” (Rusiya), “Marsel” (Fransa), “Qalatasaray” (Türkiyə)
F qrupu: “Braqa” (Portuqaliya), “Srvena Zvezda” (Serbiya), “Lüdoqorets” (Bolqarıstan), “Midtülland” (Danimarka)
G qrupu: “Bayer” (Almaniya),”Seltik” (Şotlandiya), “Betis” (İspaniya), “Ferentsvaroş” (Macarıstan)
H qrupu: “Dinamo” (Xorvatiya), “Genk” (Belçika),”Vest Hem” (İngiltərə), “Rapid” (Avstriya)

ETOPAZ

Əvvəlki yazı

“Finiks” müdafiəçisi ilə vidalaşdı

Növbəti yazı

Konfrans Liqasında qrup mərhələsinin püşkü atıldı