Avropa Liqasında pley-offun püşkü atıldı
Avropa Liqasında pley-offun püşkü atılıb. Qrup qaliblərinin birbaşa 1/8 finala yüksəldiyi turnirində pley-offun 8 cütü müəyyənləşib.
Bu mərhələdə 16 komanda çıxış edəcək. Qrupunda ikinci yeri tutanlar Çempionlar Liqasının üçüncüləri ilə üz-üzə gələcək.
Avropa Liqası
Pley-off
“Sevilya” (İspaniya) – “Dinamo” (Xorvatiya)
“Atalanta” (İtaliya) – “Olimpiakos” (Yunanıstan)
“Leypsiq” (Almaniya) – “Real-Sosyedad” (İspaniya)
“Barselona” (İspaniya) – “Napoli” (İtaliya)
“Zenit” (Rusiya) – “Betis” (İspaniya)
“Borussiya” (Dortmund, Almaniya) – “Reyncers” (Şotlandiya)
“Şerif” (Moldova) – “Braqa” (Portuqaliya)
“Porto” (Portuqaliya) – “Latsio” (İtaliya)
Qeyd edək ki, pley-offun ilk oyunları gələn il fevralın 17-də, cavab matçları 24-də keçiriləcək. Ayın 25-də isə 1/8 finalın püşkü atılacaq.