Avropa Liqasında ingilis finalı
Bu gün UEFA Avropa Liqasında finalçılar bəlli olub. Həlledici oyuna İngiltərənin iki klubu vəsiqə qazanıb.
“Bodo-Qlimt” “Tottenhem”i qəbul edib. İngilislər ilk oyunda olduğu kimi səfərdə də qalib gəliblər – 2:0.
“Mançester Yunayted” isə “Atletik”lə qarşılaşıb. “Qırmızı şeytanlar” böyükhesablı qələbəyə seviniblər.
Qeyd edək ki, final qarşılaşması mayın 21-də Bilbaoda keçiriləcək.
UEFA Avropa Liqası
Yarımfinal, cavab oyunları
8 may
23:00. “Bodo-Qlimt” – “Tottenhem” – 0:2
Qollar: Solanke, 63. Porro, 69
İlk oyun – 1:3
23:00. “Mançester Yunayted” – “Atletik” – 4:1
Qollar: Maunt, 72; 90+1. Kazemiro, 80. Hoylund, 83 – Jauregizar, 31
İlk oyun – 3:0












