Avropa Liqasında həftənin oyunçusu adına namizədlər
Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri keçirilib. Qarşılaşmalardan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Namizədlərin 4-ü də mərhələ keçən komandaların oyunçularıdır. Onların arasında Tomaş Souçek, Pedri, Merih Demiral və Abel Ruis yer alır.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.