Avropa Liqasında finalın adına aydınlıq gəldi
Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub. Turnirin finalçılarının adına aydınlıq gəlib.
“Reyncers” “Leypsiq”i qəbul edib. İlk matçda 0:1 hesabı ilə məğlub olan şotlandlar görüşə fəal başlayıb. Meydan sahibləri 24 dəqiqəyə iki qol vurub. 70-ci dəqiqədə isə qonaqlar hesab arasındakı fərqi azaldıb və ümumi nəticəni bərabərləşdirib. Hücumlarını artıran “Reyncers” 80-ci dəqiqədə qol vurub. Bununla da, ümumi hesabda 3:2 qalib gələn şotlandlar finala yüksəlib.
Digər yarımfinal qarşılaşmasında “Ayntraxt” “Vest Hem”lə görüşüb. İlk oyunda 2:1 hesablı qələbəyə sevinən almanlar matça fəal qoşulub. Frankfurt təmsilçiləri istəklərinə 26-cı dəqiqədə çatıb. Rafael Borre fərqlənib. 1:0 hesabıyla qələbə qazanan “Ayntraxt” finala vəsiqə qazanıb.
Qeyd edək ki, final görüşü 18 mayda Sevilyada keçiriləcək.