Avropa Liqasında cütlər müəyyənləşdi
Avropa Liqasının II təsnifat mərhələsinin püşkü atılıb. Tədbir İsveçrənin Nyon şəhərində təşkil olunub.
Püşkə 6 cüt və 12 klub qatılıb. Onlar 9 cütlük təşkil edib. Bu mərhələnin matçları iyulun 25-də və avqustun 1-də keçiriləcək.
Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı “Zirə”nin potensial rəqibi də bəlli olub. Türkiyə “Trabzonspor”u da mümkün rəqibini tanıyıb.
II təsnifat mərhələsi
“Ayaks” – “Voyvodina”
“Rujomberok” – “Tobol” cütünün qalibi – “Trabzonspor”
“Llapi” – “Visla” K cütünün qalibi – “Rapid” V
“Kilmarnok” – “Serkl Brügge”
“Molde” – “Silkeborq”
“Paksi” – “Korvinul” cütünün qalibi – “Riyeka”
“Braqa” – “Makkabi” PT
“Panatinaikos” – “Botev” – “Maribor” cütünün qalibi
“Şerif” – “Zirə” cütünün qalibi – “Elfsborq” – “Pafos” cütünün qalibi
Qeyd edək ki, ilk raundun matçları iyulun 11-də və 18-də keçiriləcək.