Avropa Liqasında cütlər müəyyənləşdi
Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılır. İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan təmsilçisi “Sabah”ın da rəqibi bəlli olub.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da başlayıb.
Avropa Liqası
I təsnifat mərhələsi
“Şaxtyor” (Donetsk, Ukrayna) – “İlves” (Finlandiya)
“Şerif” (Moldova) – “Priştina” (Kosovo)
“Spartak” (Trnava, Slovakiya) – “Hakken” (İsveç)
“Sabah” (Azərbaycan) – “Selye” (Sloveniya)
“Legiya” (Polşa) – “Aktobe” (Qazaxıstan)
“Levski” (Sofiya, Bolqarıstan) – “Aktobe” (Qazaxıstan)
AEK (Larnaka, Kipr) – “Partizan” (Serbiya)
“Paksi” (Macarıstan) – ÇFR (Rumıniya)
Qeyd edək ki, “Sabah” UEFA Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə ayın 17-də səfərdə keçirəcək.