Avropa Liqasında 1/8 finalın cütləri bəlli oldu
Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Tədbir İsveçrənin Nyon şəhərində baş tutub.
Avropa Liqasında mübarizəni davam etdirən 16 komanda 8 cüt təşkil edib. Qrup mərhələsində 1-ci yeri tutan klublar pley-offun qaliblərinə rəqib olublar.
1/8 final mərhələsinin ilk oyunları martın 7-də, cavab matçları 14-də keçiriləcək. Pley-off səddini adlayan klublar ilk qarşılaşmaya evdə çıxacaqlar.
1/8 final
“Sparta” – “Liverpul”
“Marsel” – “Vilyarreal”
“Roma” – “Brayton”
“Benfika” – “Reyncers”
“Frayburq” – “Vest Hem”
“Sportinq” – “Atalanta”
“Milan” – “Slaviya”
“Qarabağ” – “Bayer”