Avrokubokların finallarında 6 fərqli ölkə

Avrokubokların finallarında 6 fərqli ölkə

Avrokubokların 2021/22 mövsümünün final matçları maraqlı məqamla əlamətdar olacaq. Həlledici qarşılaşmalarda 6 fərqli ölkənin klubu meydana çıxacaq.

Üç finalda oynayacaq komandalar müxtəlif ölkələrin təmsilçiləridir. Çempionlar Liqasında İspaniya (“Real”) və İngiltərə (“Liverpul”), Avropa Liqasında Almaniya (“Ayntraxt”) və Şotlandiya (“Reyncers”), Konfrans Liqasında İtaliya (“Roma”) və Niderland (“Feyenoord”) mövsümün son matçında təmsil olunacaq. “Böyük beşlik” ölkələrindən yalnız Fransa finaldan kənar qalıb.

Qeyd edək ki, mayın 18-də Avropa Liqası, 25-də Konfrans Liqası, 28-də isə Çempionlar Liqasının final oyunu olacaq.

ETOPAZ

Əvvəlki yazı

“Kəpəz”lə “Turan Tovuz” Premyer Liqaya buraxıldı

Növbəti yazı

Middltonun durumu qeyri-müəyyən olaraq qalır