Avrokubokların bombardirləri
Avrokuboklarda ən çox qol vuran afrikalı futbolçuların adları açıqlanıb. Siyahıya “Liverpul”un hücumçusu Məhəmməd Salah başçılıq edir.
Misirli forvard Çempionlar Liqasının qrup mərhələsinin V turunda “Ayaks”la (3:0) matçda fərqlənərək Afrika qitəsinin ən məhsuldar oyunçusuna çevrilib. O, “Çelsi”nin sabiq hücumçusu Didye Droqbanın rekordunu yeniləyib.
Salah 51 qoldan 7-ni “Bazel”in, 1-ni “Fiorentina”nın, 3-nü “Roma”nın, 40-nı isə “Liverpul”un heyətində vurub. Bu toplardan 46-sı Çempionlar Liqasında, 5-i isə Avropa Liqasında qeydə alınıb.
Karyrasını davam etdirənlər arasında Pyerr-Emerik Obameyanq 4-cü, Sadio Mane isə 6-cı pillədə qərarlaşıb.