Avrokuboklarda ən az qol buraxanlar
Cari mövsüm avrokuboklarda ən az qol buraxan komandaların siyahısı açıqlanıb. Araşdırma Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası iştirakçıları arasında aparılıb.
İlk “10-luğ”a düşən komandaların hər biri Avropa arenasında mübarizəni davam etdirir. Siyahıya Avropa Liqasında iştirak edən “Qalatasaray”la Konfrans Liqasında mübarizə aparan “Gent” başçılıq edir. Adıçəkilən klublar qrup mərhələsindən bəri qapılarında cəmi 3 top görüblər.
Bu mövsüm Konfrans Liqasında pley-off mərhələsinə qədər irəliləməyi bacaran Azərbaycan təmsilçisi “Qarabağ” isə qrupdan etibarən ümumilikdə 14 qol buraxıb.
1-2. “Qalatasaray” (Türkiyə) – 3 qol
“Gent” (Belçika) – 3
3-4. “Çelsi” (İngiltərə) – 4
“Vest Hem (İngiltərə) – 4
5-9. “Bavariya” (Almaniya) – 5
LASK (Avstriya) – 5
“Alkmaar” (Niderland) – 5
“Lion” (Fransa) – 5
“Real” (İspaniya) – 5
10. “Lill” (Fransa) – 6