AVRO-2028-in ev sahibliyinə yeni namizədlər
Böyük Britaniya və İrlandiya DÇ-2030-a ev sahibliyi etmək iddiasından çəkilir. Buna səbəb adıçəkilən ölkələrin hakimiyyət orqanlarının AVRO-2028-in təşkilatçılığı üçün müraciət etmək istəməsidir.
Böyük Britaniyanın futbol səlahiyyətliləri qitə birinciliyinin mundialdan daha nüfuzlu olduğunu düşünür. Onlar marta qədər ərizələrini təqdim etməlidirlər. 2028-ci ildə Avropa çempionatının 32 komandanın iştirakı ilə keçirilməsi gözlənilir. Hətta UEFA da onların turnirə ev sahibliyi etmək istəyini müsbət qarşılayır. Çünki bu ölkələrdə artıq mövcud olan zəmanətli kommersiya uğuru və yüksək keyfiyyətli idman infrastrukturu var.
8 qrupdan ibarət olması planlaşdırılan AVRO-2028-də İngiltərə 4, digər ölkələr – Şotlandiya, Uels, Şimali İrlandiya və İrlandiya isə digər 4 qrupun matçlarına ev sahibliyi edəcək. Həmçinin bu ölkələrin final mərhələsinə qatılacağına təminat da verilməyəcək. Onlar bunun üçün seçmə mərhələdə mübarizə aparmalı olacaqlar. AVRO-2028-ə ev sahibliyi üçün digər namizəd ölkələr isə Rusiya və Türkiyə göstərilir.