AVRO-2028 Böyük Britaniya və İrlandiyada
AVRO-2028-in keçiriləcəyi yer açıqlanıb. Turnir iki ölkədə keçiriləcək.
Avropa çempionatı Böyük Britaniya və İrlandiyada baş tutacaq. Yarış aşağıdakı şəhərlərdəki stadionları əhatə edəcək: Belfast, Birmingem, Kardiff, Dublin, Qlazqo, Liverpul, London (iki stadion), Mançester və Nyukasl.