AVRO-2024-də ilk sensasiya
AVRO-2024-də 1-ci tur davam edir. Bu gün daha bir qarşılaşma baş tutub.
Favoritlərdən sayılan Belçika millisi Slovakiya ilə qarşılaşıb. Görüş “qırmızı iblislər”in üstünlüyü ilə keçsə də, hesabı slovaklar açıb. İvan Şranz komandasını önə çıxarıb – 1:0. Bundan sonra belçikalılar 2 top vursa da, Lukakunun qolları qeydə alınmayıb. Beləcə Slovakiya çətin Belçika səddini adlamağı bacarıb.