AVRO-2024-ə start verilir

AVRO-2024-ə start verilir

Bu gün AVRO-2024-ə start veriləcək. Almaniyada keçiriləcək 17-ci Avropa çempionatının ilk günündə bir matç baş tutacaq.

Günün yeganə oyunu açılış mərasimindən sonra keçiriləcək. Çempionatın meydan sahibi Almaniya Şotlandiyanı sınağa çəkəcək.

Qarşılaşma Münhendə təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, qrupun digər oyunu iyunun 15-də keçiriləcək. Macarıstan – İsveçrə matçı Kölndə baş tutacaq.

AVRO-2024
Qrup mərhələsi, I tur
14 iyun, A qrupu
23:00. Almaniya – Şotlandiya

ETOPAZ

Əvvəlki yazı

“Jirona”dan “Bayer”ə

Növbəti yazı

”Real”da ayrılıq